Misli Premyer Liqasında XXXII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasından Arazmedia.az-a verilən məlumata görə, oyunlara mayın 15-də Yevlax şəhər stadionunda start veriləcək. Turun mərkəzi qarşılaşması isə mayın 17-də, “Sabah” və “Neftçi” komandaları arasında baş tutacaq. Misli Premyer Liqası XXXII tur, III dövrə 15 may 17:00. “Karvan Yevlax” – “Qəbələ” Yevlax şəhər stadionu 19:30. “Araz-Naxçıvan” – “Kəpəz” “SOCAR Polymer Arena” 16 may 17:00. “Şamaxı” – “Turan Tovuz” Şamaxı şəhər stadionu 17:00. “Qarabağ” – “İmişli” Tofiq Bəhramov adına Respublika Stadionu 17 may 18:00. “Zirə” – “Sumqayıt” Zirə İdman Kompleksinin stadionu 18:00. “Sabah” – “Neftçi” “Bank Respublika Arena” Share