Bu gündən etibarən 2021-2022-ci il payız-qış mövsümünün başlanması ilə əlaqədar “Azəristiliktəchizat”ın işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrinin qrafikə uyğun olaraq işə salınması ilə bağlı əraziyə xidmət göstərən bütün istilik sistemləri sahələrinə müvafif göstəriş verilib.
Bunu açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Xidmət rəisi bildirib ki, bu il “Azəristiliktəchizat”ın işləməsi nəzərdə tutulan 559 qazanxana və 90 istilik məntəqəsi vasitəsilə 3870 yaşayış binası, həmin yaşayış binalarında 184 minə yaxın mənzil və eyni zamanda layihə üzrə “Azəristiliktəchizat”ın mənbələrindən istiliklə təchiz olunması nəzərdə tutulan bütün məkətb, uşağ bağçası və səhiyyə müəssisələri və digər sosial, təsərrüfat obyektlərinin istiliklə təmin olunması nəzərdə tutulub.
“Bu gün ərzində bütün qazanxana və istilik məntəqələrinin işə salınması nəzərdə tutulub. Vətəndaşlarımız istilik təchizatında problem yarandığı halda “Azəristiliktəchizat”ın 956 nömrəli “Çağrı Mərkəzi”nə 24 saat ərzində müraciət edə bilərlər”.