DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Çində güclü zəlzələ olub

1 dəqiqəyə oxunur

Çinin cənubundakı Guangxi Zhuang Muxtar Bölgəsində baş verən 5,2 bal gücündə zəlzələdən sonra 7000-dən çox insan təxliyə edilib. 

Arazmedia.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində üç nəfər itkin düşüb. Daha dörd nəfər xəstəxanaya yerləşdirilib.

Zəlzələ ən azı 13 yaşayış binasına ciddi ziyan vurub. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Çin Zəlzələ Administrasiyası 3-cü səviyyəli təcili yardım tədbirləri elan edib.

Zəlzələnin episentri 4 milyondan çox insanın yaşadığı Liuzhou şəhərinin Liunan rayonunda olub. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşib.