Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan üzrə işçi qrupunun yaradılmasını təklif edib.
Arazmedia.az xəbər verir ki, bu barədə Ərdoğan G-20-nin fövqəladə zirvə görüşündə çıxışı zamanı danışıb.
O, yeni işçi qrupunun G-20-nin himayəsi altında olmasını bildirib.
“Beynəlxalq aləm Əfqanıstandan üz döndərməməli, əfqan xalqını taleyin hökmünə buraxmamalıdır”, – deyə Türkiyə Prezidenti qeyd edib.