“Instagram” sosial şəbəkəsində hesab yaradarkən yeni istifadəçilərdən doğum tarixinin qeyd edilməsi tələb olunacaq.
Arazmedia.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yer alıb.
Doğum gününü qeyd etməyən istifadəçi üçün hesab açmaq mümkün olmayacaq.
Qərara səbəb kimi istifadəçilərə yaş qrupuna uyğun reklamlar göndərmək göstərilir. Doğum tarixi digər istifadəçilər tərəfindən görünməyəcək.