DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

X istifadəçilərdən pasport şəklini tələb edəcək

1 dəqiqəyə oxunur

İlon Maskın X sosial şəbəkəsi (keçmiş Tviter) şəxsiyyəti təsdiq edən fotoşəkildən istifadə edərək şəxsiyyəti yoxlamaq funksiyası üzərində işləyir.

Arazmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə tədqiqatçı Nim Ouci məlumat yayıb.

“Hökumət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini təqdim etməklə hesabınızı təsdiqlədəcəksiniz. Bu, təxminən 5 dəqiqə çəkir”, – deyə o bildirib. Burada həmçinin qeyd olunur ki, pasport şəkli ilə yanaşı, istifadəçi sənədlə birlikdə selfi də çəkməli olacaq.

X-in şəxsiyyəti təsdiq edən tərəfdaşı Au10tix olacaq. Qeyd olunur ki, yoxlama üçün ötürülən məlumat həm Au10tix, həm də X-də görünəcək. Bundan başqa, sosial şəbəkə biometrik məlumatlar daxil olmaqla şəxsiyyət vəsiqəsinin şəkillərini 30 günə qədər saxlayacaq və bu məlumatlardan təhlükəsizlik məqsədilə istifadə edəcək.

Pasport vasitəsilə profil identifikasiyasının məcburi olub-olmayacağı və təsdiqlənmiş profillərin hansı üstünlüklərə malik olacağı hələ məlum deyil.