Gürcüstanda ötən sutkada koronavirusa 4 031 yeni yoluxma halı qeydə alınıb, 4 585 nəfər müalicə olunaraq sağalıb, 73 pasiyent vəfat edib.
Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 536 202 nəfər yoluxub. Onların 473 502-si sağalıb, 7 101-i isə ölüb.