Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib. Arazmedia.az xəbər verir ki, İstanbul təmsilçisi Polşada “Qurnik”lə üz-üzə gəlib. “Zabje Arenası”nda reallaşan görüşdə heç-heçə qeydə alınıb. İstanbulda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan Türkiyə təmsilçisi 2 görüşün nəticəsinə əsasən növbəti raunda vəsiqə qazanıb. “Fənərbağça” III təsnifat mərhələsində “Şturm” (Avstriya) klubu ilə üz-üzə gələcək. Qeyd edək ki, növbəti raundun ilk matçları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq. Share