Bakının bir sıra yollarında tıxac yaranıb. Arazmedia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 5. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Share