
Vətənini yalnız sinif otağında deyil, səngərdə də qoruyan, adını tarixə şərəflə həkk etdirən bir insan – hörmətli Nail müəllim!
Ələt qəsəbəsinin fəxri, 14 saylı Bakı Peşə Məktəbinin rəhbəri olan Nail müəllim təkcə bir təhsil işçisi deyil. O, həm də ehtiyatda olan zabit, vətənə bağlılıq nümunəsi, İkinci Qarabağ savaşının ön cəbhəsində döyüşmüş igidlərimizdəndir.
Vətən müharibəsi başlayanda o, bütün işlərini bir kənara qoyaraq “Vətən mənim qeyrətimdir, döyünən ürəyimdir!” deyərək könüllü şəkildə döyüş meydanına atıldı. Müxtəlif istiqamətlərdə şərəflə və vicdanla döyüşdü. Təkcə silahla deyil, həm də mənəviyyatı ilə, ruh yüksəkliyi ilə əsgər yoldaşlarına örnək oldu.
Müharibədən sonra yenidən təhsil ocağına qayıdan Nail müəllim, artıq məktəb rəhbəri və müəllim kimi deyil, həm də müharibə veteranı, qəhrəman müəllim kimi gənc nəslə vətənpərvərlik dərsi verir. O, öz davranışı və həyat yolu ilə bir daha sübut etdi: həqiqi müəllim hər yerdə müəllimdir – sinifdə də, səngərdə də!
Sənə dərin ehtiramla, Nail müəllim!
Qəhrəmanlığınızla, müəllimliyinizlə, insanlığınızla bizə yol göstərirsiniz!
Hacıağa Qayıbov