Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir. Bu barədə Arazmedia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, sənəd qəbulu mərhələsi 12 oktyabrda başa çatacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər. Share