ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə planlaşdırılan təmasları açıqlayıb və danışıqların uğurla davam etdiyini vurğulayıb. Arazmedia.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalında bildirib.”Çox gərgin həftə sonu keçirdik. Biz İsraillə məşğuluq. Biz Ukrayna və Rusiya ilə məşğul oluruq. Müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlərimiz və danışıqlarımız nəzərdə tutulub”, – telekanal ABŞ liderindən sitat gətirib. Xatırladaq ki, Tramp dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə, o cümlədən mümkün görüşlə əlaqə saxlamağa hazır olduğunu bildirib. Putin dialoqa hazır olduğunu da bəyan edib. Lakin liderlər arasında görüş və ya telefon danışığı ilə bağlı konkret razılaşmalar hələlik açıqlanmayıb.