İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib.
Arazmedia.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib.
Daha sonra Seyid Əli Xamenei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.
Bildirilib ki, Məsud Pezeşkian iyulun 30-da Məclisdə (İran parlamenti) and içəcək.