Polşanın Gürcüstandakı səfirliyi öz vətəndaşlarını “xarici agentlər” haqqında qanuna qarşı aksiyalarda iştirakdan çəkinməyə çağırıb.
Arazmedia.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında yazılıb.
“Əcnəbilərin saxlanması halları ilə əlaqədar olaraq, vətəndaşlarımızdan mitinqlərə getməməyi, potensial təhlükəli yerlərdən uzaq durmağı və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl etməyi xahiş edirik ”, – deyə məlumatda bildirilir.