DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Polşa NATO ilə birlikdə Ukraynaya qırıcı təyyarələr verməyə hazırdır” – Polşanın baş naziri

1 dəqiqəyə oxunur

“Polşa NATO ölkələri ilə koalisiya çərçivəsində Ukraynaya döyüş təyyarələri ötürməyə hazırdır”.

Arazmedia.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski Münhen Təhlükəsizlik Konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Polşa hökumətinin başçısı qeyd edib ki, Polşa Hərbi Hava Qüvvələrində xidmətdə  F-16 döyüş təyyarəsi yoxdur, ona görə də Kiyev MiQ-29-ların tədarükünə arxalana bilər.

“Bizdə bir neçə F-16 var, o qədər də çox deyil”.

Moravetski deyib ki , biz NATO qərarının bir hissəsi olaraq digər ölkələrlə birlikdə əlimizdə olan digər döyüş növlərini də tədarük etməyə razıyıq .O, xüsusi əməliyyat zamanı Rusiyanın qalib gəlməsinə imkan verilməməli olduğunu vurğulayıb.