Arazmedia.az xəbər verir ki, yanğın 1977-ci il təvəllüdlü kənd sakini, İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində baş verib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və 14 nəfər şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.