Ermənistandan açılan snayper atəşi: şəhidimiz var – MN
1 dəqiqəyə oxunur
Share
Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.
Bu barədə Arazmedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.