DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

SEPAH-dan ABŞ-yə XƏBƏRDARLIQ

1 dəqiqəyə oxunur

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə regionda hər hansı düşmənçilik hərəkətləri, o cümlədən gəmilərin ələ keçirilməsi ilə bağlı xəbərdarlıq edib.

Arazmedia.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu SEPAH-ın sözçüsü, general Ramezan Şərif deyib. 

“İran o qədər yüksək güc və imkanlar səviyyəsinə çatıb ki, ABŞ-ın istənilən hərəkətinə və regionda zərərinə, o cümlədən gəmilərin ələ keçirilməsinə eyni şəkildə cavab verə bilər”, – deyə general bildirib. 

“Son illərdə İran və ABŞ arasında baş verən istənilən birbaşa gərginlikdə region ölkələri Amerikanın zəifliyini və İran Respublikasının gücünü görüb və başa düşüblər ki, Fars körfəzinin təhlükəsizliyini öz sahilyanı ölkələr təmin etməlidir, – Şərif əlavə edib.  

O bildirib ki, İran Fars körfəzi sularında gizlənən ABŞ hərbi gəmilərini öz təhlükəsizliyinə təhdid, regionda gərginlik və qeyri-sabitlik mənbəyi kimi görür.