Naxçıvan hava limanında illərdir davam edən vətəndaş (sərnişin) süründürməçiliyi, bilet əlçatmazlığı, uzun-uzadı növbələr, sərnişinlərlə kobud rəftar təqribən 1 ay yarım olar ki, aradan qaldırılıb.
Bilet satışı qaydasına düşüb. İndi insanları kassalarda təbəssümlə qarşılayır, onları diqqətlə dinləyib problemlərini həll edirlər və hər kəs “kim” ə və ya “kimlərəsə” zəng etdirmək məcburiyyətində qalmır.
Artıq vətəndaşlar asanlıqla bilet alıb gedir və nəticə etibarilə insanlar illərin süni çətinliklərindən yaxa qurtara biliblər. Məhz buna görə də, AZAL rəhbərliyinə, xüsusilə də Samir Rzayevə Naxçıvan sakinlərinə yaradılan bu gözəl şəraitə görə xüsusi minnətdarlığımızı bildiririk.
P s. Düşünürük ki, Naxçıvanda bilet satışından tutmuş, uçuşların həyata keçirilməsinə kimi heç bir çətinlik qalmayacaq. Sərnişinlər çox rahat şəkildə təyyarə ilə səfər edə biləcəklər.
Arazmedia.az