DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Şəmkirdə kafe yandı

1 dəqiqəyə oxunur

Şəmkirdə yanğın hadisəsi baş verib.

Arazmedia.az-ın məlumatına görə, hadisə rayonda fəaliyyət göstərən bazarların birində qeydə alınıb.

Rayon Mərkəzi Bazarında Həbibli 1 MMC-nin ərazisində 1998-ci il təvəllüdlü Cəfərov Hidayət Namiq oğluna məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konstruksiyalardan ibarət kababxanada anidən yanğın hadisəsi baş verib.

Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı kababxana kimi fəliyyət göstərən obyektin yanar konstruksiyaları və içərisində olan 1 ədəd soyuducu, qaz piltəsi, stol, stullar və digər əşyalar yanıb. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.