DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Şəmkirdə polis qəzada ÖLDÜ

1 dəqiqəyə oxunur

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

“Unikal”ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən  hissəsində qeydə alınıb.1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.Nəticədə Seyidrüstəm Əliyev   hadisə yerində dünyasını dəyişib.

“Priora”da olanlar 2001-ci il təvəllüdlü  Fikrət Bağırov, 2000-ci il təvəllüdlü Toğrul  Quluzadə , həmyaşıdı Zirəddin Mahmudov və 2002-ci il təvəllüdlü  Azər  Mahmudov müxtəlif bədən xəsarətləri  alaraq Şəmkir rayon mərkəzi  xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki qəzada ölən S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində əməkdaşı olub.