Türkiyə hərbi dəniz qüvvələrinin gəmiləri Şimali Atlantika Alyansının (NATO) “Daimi Dəniz Xidməti Qrupu-2” birgə təlimində iştirak edib.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim alyansa üzv üç dövlətin – Türkiyə, İngiltərə və Yunanıstanın iştirakı ilə keçirilib.
“Təlim Türkiyə-Yunanıstan hərbi əməkdaşlığının inkişafına sərf edilən səyləri və NATO-nun bu məsələdə faydalı olmaq istəyini əks etdirdi”, – deyə yunan mətbuatı yazıb.