DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Azərbaycanın “İnterpol”la axtarışa verdiyi şəxs Moldovada saxlanıldı

1 dəqiqəyə oxunur

Moldova sərhədçiləri Ukrayna ilə sərhəddə kiberhücumlar törətməkdə şübhəli bilinən və “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Arazmedia.az xəbər verir ki, bu barədə Moldova Sərhəd Xidmətinin məlumatında deyilir:

Qeyd olunub ki, Azərbaycan hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilmiş, kiberhücumlar üzrə ixtisaslaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü Otaç şəhərinin dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb.

Azərbaycan vətəndaşı olan 36 yaşlı şəxsin ekstradisiyası ilə bağlı qərarı çıxarılıb.

Sərhəddə saxlanılan şəxs Ukrayna pasportunu göstərib, lakin əlavə yoxlamadan sonra sərhədçilər onun əslində Azərbaycan vətəndaşı olduğunu və “İnterpol”un məlumat bazasında beynəlxalq axtarışda olduğunu müəyyən ediblər.

Şübhəli şəxs Edinet şəhərindəki istintaq təcridxanasına yerləşdirilib, bundan sonra istintaq üçün Kişinyova aparılacaq və Azərbaycana göndəriləcək.