DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Hollandiyanın baş naziri istefa verəcək

1 dəqiqəyə oxunur

Hollandiyanın baş naziri Mark Rutte tezliklə Hollandiya kralı Villem-Aleksanderə hökumətin istefasını təqdim edəcək.

Arazmedia.az xəbər verir ki, bu barədə cümə günü Hollandiya Yayım Korporasiyası mənbələrə istinadən məlumat yayıb . Bu məlumatı sonradan Rutte özü də təsdiqləyib.

Telekanalın məlumatına görə, hazırkı nazirlər kabineti yeni parlament seçkilərinə və yeni hökumətin formalaşmasına qədər öz vəzifələrini icra etməyə davam edəcək. Partiyalardan biri olmadan azlıq koalisiyasının saxlanılması variantı nəzərdən keçirilmir.

Bundan əvvəl Hollandiya Yayım Korporasiyası mənbələrə istinadən bildirmişdi ki, Hollandiyanın hakim koalisiyasına daxil olan partiyalar sığınacaq axtaranların axınının azaldılması üzrə tədbirlər haqqında razılığa gələ bilməyiblər.