Moskva Birjası Rusiyanın ən böyük şirkətlərinin səhmlərinin ardınca enməyə başlayıb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkədə hərbi çevriliş cəhdi ilə bağlı məlumatlar fonunda baş verib.
Qeyd edək ki, Milli Antiterror Komitəsi “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin bəyanatlarından sonra ona cinayət işi açıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinə Priqojin ətrafındakı vəziyyətlə bağlı məlumat verilib.