DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rusiya “Qala” planı tətbiq etməyə başladı

1 dəqiqəyə oxunur

Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin bəyanatlarından sonra Moskvada təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib, “Qala” planı tətbiq edilib. 

Arazmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq Rostov vilayətində çağırışçılar silahlandırılır.

Priqojinin Rusiyada “ədaləti bərpa etməyə” hazırlaşması açıqlamasından sonra FTX strateji əhəmiyyətli dövlət binalarını nəzarətə götürüb. 

Qeyd edək ki, “Qala” planı şəxsi heyətin təcili toplanmasını və hüquq-mühafizə orqanlarının xüsusilə mühüm obyektlərinin nəzarətə götürülməsini, həmçinin xarici hücumu dəf etməyə hazır olmağı nəzərdə tutur.