
Moskvanın üç hava limanında – “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo”da güclü qar səbəbindən 50-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
Arazmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, Vnukovoda beş reys gecikib, dörd reys təxirə salınıb. Domodedovoda 35 reys gecikib. Şeremetyevoda isə 11 reys gecikdi, ikisi ləğv edilib.