DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ukraynada iki ABŞ hərbçisi öldürüldü

1 dəqiqəyə oxunur

Bu yaxınlarda Ukraynadakı münaqişədə iki ABŞ vətəndaşı həyatını itirib.

Arazmedia.az xəbər verir ki, bu barədə çərşənbə günü The Daily Beast onlayn nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hər iki qurban Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edib. Onlardan biri əvvəllər ukraynalı əsgərlərə təlim keçib.

ABŞ Dövlət Departamenti “The Daily Beast”ə vətəndaşların ölüm faktını təsdiqləyib və departamentin qurbanların yaxınları ilə əlaqə saxladığını bildirib.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynada amerikalı hərbçilərin fəaliyyət göstərməsi barədə iddialara münasibət bildirib. O, Kiyevdəki ABŞ səfirliyində az sayda amerikalı hərbçinin olduğunu açıqlayıb.

Kirbi deyib ki, bu hərbçilər Ukraynaya gətirilən və buradan aparılan avadanlıqları izləməyə kömək edirlər. ABŞ rəsmisi hərbçilərin döyüşdə iştirak etmədiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin internetə sızan gizli sənədlərində Ukraynada 14 amerikalı hərbçinin olması barədə məlumatlar yer alıb.