Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Arazmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir: 1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. “20 Yanvar” dairəsində; 6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 7. Badamdar şosesi, mərkəz istiqamətində; 8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 9. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə; 10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində; 14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Share