DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Bakıda 35 yaşlı kişi qətlə YETİRİLDİ

1 dəqiqəyə oxunur

Avqustun 6-da saat 06 radələrində paytaxtın Xətai rayonunun Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Dimitri Potapovun kəsilmiş-deşilmiş alması və həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Arazmedia.az-a Xətai rayon prokurorluğundan bildirilib.

Araşdırma zamanı hadisənin 1993-cü il təvəllüdlü Ülvi Muradzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanaraq istintaq aparılır. Ülvi Muradzadə iş üzrə şübhəli şəxs qismində tutulub.