DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hərbi Xəbərlər

İtkin düşən hərbçilərimiz Ermənistanda tapıldı

1 dəqiqəyə oxunur

Naxçıvan MR Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşən 2 hərbçisi Ermənistanda tapılıb. 

Arazmedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Onun sözlərinə görə, ikinci Azərbaycan əsgəri də aprelin 13-də Ermənistan ərazisində tapılıb. 

Məlumata görə, hərbçilərimizdən biri itkin düşdüyü günün səhəri tutulmuşdu.

Onu da deyək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib.