Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü ilin mayında Almaniyaya səfər edə bilər.
Bu, onun müharibə başlayandan sonra Almaniya ərazisinə ilk səfəri olacaq.
Arazmedia.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, V.Zelenski Karl Mükafatının təqdim edilməsində iştirak edə bilər. Mükafatlandırma mərasimi Axendə baş tutacaq. Kansler Olaf Şolz orada tərif nitqi söyləyəcək. V.Zelenskinin tədbirdə iştirak etmək üçün ora şəxsən gələcəyi planlaşdırılır.