DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Tutuquşu ifadə verdi – 2 nəfər ömürlük həbs edildi

1 dəqiqəyə oxunur

Hindistanda məhkəmə tutuquşunun ifadəsinə əsaslanaraq qətldən 9 il sonra iki kişini ömürlük həbs cəzasına məhkum edib.

Arazmedia.az xəbər verir ki, bu barədə India Today məlumat yayıb.

Cinayət 2014-cü ildə Aqra şəhərində törədilib. Sonra yerli qəzetin baş redaktoru Vijay Sharma oğlu və qızı ilə birlikdə qonşu şəhərə toya gedib, arvadı evdə qalıb. Qayıdandan sonra evin qarət edildiyini, arvadı və itinin öldürüldüyünü görüb. Evdə yaşayan tutuquşu yemək və içkidən imtina etməyə başlayıb, bununla əlaqədar Vijay Sharma quşun qətlin şahidi ola biləcəyindən şübhələnib.

Cinayət törədə biləcək şəxslərin adlarını sadalanmağa başlanılıb. O, qardaşı oğlu Aşunun adını deyəndə quş qışqırmağa və qəfəsin içinə çırpınmağa başlayıb. Tutuquşunun oxşar reaksiyası polis tərəfindən də müşahidə edilib və tezliklə şübhəli şəxsi həbs edib.

Vijay Sharmanın qardaşı oğlu dostu ilə birlikdə qətli törətdiyini etiraf edib. Zərərçəkənin qızı qeyd edib ki, Aşu onların evinə tez-tez baş çəkir və evdə qızıl-zinət əşyaları və nağd pulun harada saxlandığını bilirdi.