Litva prezidenti Gitanas Nauseda Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını tənqid edərək, “Rusiyanın nüvə şantajı davam edir” deyib.
Arazmedia.az xəbər verir ki, Nauseda Putinin “Belarusda taktiki nüvə silahı yerləşdirmək” qərarına öz “Twitter” hesabında münasibət bildirib.
Rusiyanın beynəlxalq müqavilələrə məhəl qoymadığını ifadə edən Nauseda, “Rusiyanın nüvə şantajı davam edir. Nüvə fəlakətinə səbəb olmadan hücum edən şəxs dayandırılmalıdır”,- deyib.
Martın 25-də Rusiya prezidenti Putin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini vurğulayaraq, “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik” – deyə qeyd edib.
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın bu qərarını “məsuliyyətsiz” hesab etdiklərini bəyan ediblər.