DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Gələcəyimiz üçün ağac əkək” devizi ilə Ələt qəsəbəsində ağacəkmə aksiyası keçirilib

1 dəqiqəyə oxunur

Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq Qaradağ rayonu Ələt qəsəbəsində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə Ələt qəsəbə gənclərinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Milli Məclisin deputatı Aydın Hüseynov, Ələt qəsəbə bələdiyyəsinin sədri Azad Musayev, qəsəbənin icra nümayəndəsi Altay Əliyev, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və digər şəxslər də iştirak edib.

Məlumat üçün qeyd edək ki, N.Nərimanov adına olan park “Azərbaycan Dəmir Yolları”nın balansındadır və uzun illərdir ki, baxımsızlığın qurbanı olub. Sakinlər uzun müddətdir ki, sözügedən quruma dəfələrlə parkın abadlaşması üçün müraciət etsələr də, heç bir müsbət nəticə əldə edə bilməyiblər.

Sonda qəsəbə sakinləri, qəsəbənin gəncləri Milli Məclisin deputatı Aydın Hüseynova ağacəkmə aksiyasında iştirak etdiyinə görə təşəkkür ediblər.