DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qaradağda növbəti ağacəkmə aksiyası keçirilib

1 dəqiqəyə oxunur

Bakı şəhərində, o cümlədən Qaradağ rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. 

Arazmedia.az xəbər verir ki, Qaradağ rayonunda da rayon İcra Hakimiyyəti başçısının imzaladığı Tədbirlər Planına əsasən bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi davam edir. 

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Qaradağ rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyası çərçivəsində Qaradağ rayonunun müxtəlif ünvanlarında, o cümlədən Bakı-Ələt (Qazax) yolunun 28-ci km-də də ümumilikdə 500-dək həmişəyaşıl ağac əkilib.