Azərbaycan Müdafiə Nazirliyi Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatında yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.
“Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək” – məlumatda qeyd olunur.