DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Deputatdan sülhməramlıların separatçılara yardımına REAKSİYA

2 dəqiqəyə oxunur

Məlumdur ki, Ermənistan Xankəndi-Xəlifəli yolu ilə Qarabağ iqtisadi rayonuna silah-sursat daşıyır. Hansı ki, bu ərazilərdən keçid Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır və Rusiya sülhməramlı kontingenti bölgədə sülhün bərqərar olunmasına, sülhün təmin olunmasına məhsul olan missiyanı həyata keçirir. Rusiya sülhməramlılarının müşayiəti ilə Ermənistandan Qarabağa silah-sursat daşınması, separatçıların hələ də orada revanşist fikirlərlə və xülyalarla yaşaması, əlbəttə, qətiyyən yolverilməzdir.”

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il müqaviləsinə əsasən Ermənistan öz silahlı birləşmələrini Qarabağ ərazisindən çıxarılmalı idi və artıq üç ilə yaxındır ki, Ermənistan bunu etməyib:

“Yəni Ermənistan silahlı birləşmələrini Qarabağdan çıxartmayıb. Bu isə Rusiya sülhməramlılarının missiyasına və üzərinə götürdüyü öhdəliyə tamamilə ziddir. Mən hesab edirəm ki, Rusiya sülhməramlıları bütövlükdə bölgədə sülhün qorunmasına xidmət etməlidir, ən başlıcası silah-sursat daşınmasına qətiyyən imkan verməməlidir. Bu, onu göstərir ki, Rusiyanın bu tərzdə davranışı başqa bir fikirlərin səsləndirilməsini özündə ehtiva edir. Və bu, qətiyyən yolverilməzdir”.

Aydın Hüseynov hesab edir ki, Ermənistanın Azərbaycan ərazisinə silah-sursat daşımasının qarşısını almaq üçün Azərbaycan Laçın yoluna özü nəzarət etməlidir.

“Azərbaycan öz suveren hüquqlarını və suveren ərazisini qorumağa qadirdir. Ən başlıca bunun çıxış yolu Ermənistanla Azərbaycan arasında, xüsusilə Laçın rayonu ərazisində nəzarət-buraxılış məntəqələri və gömrük məntəqəsi olmalıdır. Çünki biz 30 il ərzində gördük ki, Azərbaycanın problemini heç kim həll etmir. Ona görə Azərbaycanın yeganə və ən düzgün yolu sərhəddə gömrük postlarının, nəzarət-buraxılış məntəqələrinin quraşdırılmasıdır. Və erməni silahlı birləşmələrinin hansı yolla olursa-olsun Qarabağ iqtisadi rayonu ərazisindən çıxarılmasına nail olunmasıdır. Çünki onlar təhdiddir və onları ərazimizdən çıxarmaq Azərbaycanın tam suveren hüququdur”, – deyə deputat vurğuladı.