DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Yollarda duman var – DYP-dən XƏBƏRDARLIQ

1 dəqiqəyə oxunur

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-nin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Arazmedia.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

“Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”, – İdarə rəsmisi vurğulayıb.