DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyədə atışma – Yaralılar var

1 dəqiqəyə oxunur

Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub.

Arazmedia.az “Haber Global”a istinadən xəbər verir ki, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar.

Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb. “Habertürk” saxlanılanların sayının 5 nəfər olduğunu bildirib.

Atışmanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı təhqiqata başlanılıb.