DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

“Çin güclü olsa, Belarus da güclü olacaq” – Lukaşenko

1 dəqiqəyə oxunur

Çin güclü olsa, Belarus da güclü olacaq və inkişaf edəcək”. 

Arazmedia.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Pekində Çin Dövlət Şurasının Baş naziri Li Keçyanla görüşündə deyib. 

Belarus liderinin sözlərinə görə, Belarus heç vaxt qarşısına kimləsə dost olmaq və ya heç kimə qarşı işləmək məqsədi qoymayıb: “Hökumətlər hər şeyi xalqların mənafeyi naminə edir. Və bu, bundan sonra da belə olacaq”. 

Qeyd edək ki, Lukaşenkonun Çinə dövlət səfəri martın 2-də başa çatacaq. Belarus prezidentinin Pekində ÇXR-in yüksək vəzifəli şəxsləri, aparıcı Çin korporasiyalarının rəhbərliyi ilə bir sıra görüşlər keçirəcəyi planlaşdırılır.