DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Nəsimi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var

1 dəqiqəyə oxunur

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Arazmedia.az apa-ya istinadən xəbər verir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.Belə ki, yol “Toyota Camry” və “Chrysler” markalı minik avtomobilləri toqquşub.

“Chrysler” markalı avtomobilin sürücüsü zərbə nəticəsində idarəetməni itirərək maşını təxminən 100-150 metr qabağa apararaq işıq dirəyinə çırparaq dayanıb.

Bir nəfərin yüngül xəsarət aldığı bildirilir.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.