DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Kürdəmirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

1 dəqiqəyə oxunur

Kürdəmirdə yük maşını ilə minik avtomobili toqquşub.

Arazmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bərdə rayon sakini, 34 yaşlı Rzayev Nurlan Rəhim oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını Cəfərov Yolçu Şaiq oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2106”nın sürücü və onun sərnişini, 20 yaşlı Babayev Ariz Azər oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Fakt araşdırılır.