DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Avropada qazın qiyməti 700 dollardan aşağı düşüb

1 dəqiqəyə oxunur

Avropada qazın birja qiymətləri 6 %-dən çox itirərək min kubmetr üçün 700 dollardan aşağı düşüb.

Arazmedia.az xəbər verir ki, bu barədə ICE London Fond Birjasının ticarət məlumatlarında deyilib.

Hərracların açılışında TTF indeksi üzrə fevral fyuçersləri 773,7 dollar səviyyəsində olub. Bakı vaxtı ilə saat 21:00-a olan vəziyyətə görə qaz fyuçersləri 699,2 dollara (-6,3%) alınıb.

Xatıradaq ki, həftənin əvvəlində Avropa regionunda qazın birja qiymətləri min kubmetr üçün 800 dolları ötmüşdü.