DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Azərbaycanda FACİƏ: Qazi öldü, anasının ürəyi dayandı

1 dəqiqəyə oxunur

Vətən müharibəsi qazisi Zamir Osmanov dünyasını dəyişib.

Arazmedia.az “lent.az” a istinadən xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada vəfat edib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan həyatını itirib.

Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.