DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

İran vətəndaşı Naxçıvana 37 kq narkotik keçirmək istədi

1 dəqiqəyə oxunur

Naxçıvana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

Arazmedia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dekabr ayının 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Şahtaxtı” dövlət sərhədindən buraxılış məntəqəsində, İran İslam Respublikasın­dan Azərbaycan Respub­lika­sı istiqamətində rəsmi qaydada keçən İran İslam Respublikası vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlunun idarə etdiyi “DAF” markalı XB389BX dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük əməkdaşları ilə birlikdə keçirilmiş baxış zamanı avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş halda 37,4 kiloqram marixuanaya bənzər narkotik vasitə aşkar edilib.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.