DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Rusiya ordusu Kiyevi İran PUA-ları ilə VURDU

1 dəqiqəyə oxunur

Kiyev şəhərinin meri Vitali Kliçko səhər saatlarında paytaxtın bəzi yerlərində partlayış səslərinin eşidildiyini bildirib.

Arazmedia.az xəbər verir ki, Kliçko “Telegram” hesabındakı paylaşımında şəhərdə partlayışların baş verdiyini bildirib:

“Paytaxtın Solomyanski və Şevçenkivski rayonlarında çoxlu partlayış səsləri eşidilib”. 

Hücumlarda Kiyevdə kritik infrastruktur obyektlərinin zədələndiyini vurğulayan Kliçko, “Kiyevdə can itkisi yoxdur. Tibbi yardım və xilasetmə qrupları işlərini davam etdirir”, – deyə bildirib.  

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kulebanın sözlərinə görə, Rusiya qüvvələri səhər saatlarında Kiyevə qarşı pilotsuz uçuş aparatları (PUA) hücumları həyata keçirib.