Sumqayıtda 33 yaşlı tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Arazmedia.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.