DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Sülhməramlılar mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb” – Nazir müavini

1 dəqiqəyə oxunur

“Təəsüf ki, sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb”.

Arazmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

“Proseslər dekabrın 2-dən başlayıb. Dövlət qurumlarının ekspertlərindən ibarət qrup ora yollanıb. Həmin qrup əsasən, orada olan yataqlarımızın istismarı və ekoloji monitorinqin aparılmasına şərait yaradılması ilə bağlı gedib. Təəsüf ki o, şərait yaradılmır”, – deyə nazir müavini bildirib.

V.Kərimov qeyd edib ki, bu gün səhər saatlarından ekoloji aktivistlər Şuşada aksiya keçirirlər: “Onlar Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Əsas məqsəd istismarın dayandırılması, yataqlarımızdan qanunsuz istifadənin dayandırılmasıdır”.