Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar.
Arazmedia.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Sos ( Xocavənd – red. ) və Xaçmaç ( Xocalı – red. ) kəndlərində yerləşirdi.
Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər.
Ərazidən çıxarılan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.